AZ

Mərkəzi Bank: 2025 ci il üzrə ölkənin xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar artıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 mart, AZƏRTAC

2025-ci il üzrə ölkənin xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlamasına həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0,9 milyard dollar), portfel investisiyaları (1,9 milyard dollar) və digər investisiyalar (2,6 milyard dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 398,9 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-76,2 milyon dollar), neft bonusu (450,4 milyon dollar), portfel investisiyaları (-28,1 milyon dollar) və digər investisiyalar (52,8 milyon dollar) hesabına formalaşıb.

Ümumilikdə, 2025-ci il üzrə kapital və maliyyənin hərəkəti üzrə dinamika 2024-cü ilin göstəricisi ilə müqayisədə qismən yaxşılaşıb.

Fotoqraf – İlqar Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
azertag.az

4Mənbələr