AZ

Elektrik sayğacları ilə bağlı suallara cavab – VİDEO

Elektrik enerjisindən istifadə qaydalarına əsasən, qalıq borcu olan istehlakçının enerji təchizatı dayandırılmalıdır və yalnız borc tam ödənildikdən sonra bərpa olunmalıdır. Lakin tətbiq olunan yeni yanaşmaya görə, abonentin ödədiyi məbləğin bir hissəsi qalıq borcun bağlanmasına, digər hissəsi isə cari istehlakın ödənilməsinə yönəldilir.

KONKRET.az xəbər verir ki, əvvəllər yüklənən vəsaitin təxminən 80 faizi birbaşa borcun ödənilməsinə yönəldilirdisə, hazırda bu göstərici azaldılaraq təxminən yarıbayarı prinsipinə keçirilib. Bu mexanizm abonentlərin həm borclarını tədricən ödəməsinə, həm də elektrik enerjisindən fasiləsiz istifadə etməsinə şərait yaradır.

Beləliklə, sayğaca yüklənən vəsait iki istiqamətdə istifadə olunur: bir hissə sabit tarif üzrə cari istehlakın ödənilməsinə, digər hissə isə əvvəlki dövrlərdən qalan borcun tədricən azaldılmasına.

Bu yanaşma nəticəsində abonent həm borcunu mərhələli şəkildə ödəyir, həm də elektrik enerjisindən fasiləsiz istifadə edə bilir. Bu proses mövcud qaydalar çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:

Seçilən
39
konkret.az

1Mənbələr