AZ

Dövlət Neft Fondu Mərkəzi Bankın sərəncamına verilməlidir

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət Neft Fondu Mərkəzi Bankın sərəncamına verilməlidir.

Bunu Bakupost.az-a açıqlamasında maliyyə-bank məsələləri üzrə ekspert Əkrəm Həsənov icbari tibbi sığorta sisteminin idarəetmə modelində dəyişiklik edilə biləcəyi barədə fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, icbari tibbi sığorta qurumunun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdinə verilməsi də bu mənada ən optimal yoldur:

“Çünki Dövlət Sosial Müdafiə Fondu ilə icbari tibbi sığortanın idarəetmə mexanizmləri eynidir. Dövlət Sosial Müdafiə Fondu Azərbaycanda rəhbərliyinin dürüst və savadlı insanlardan ibarət olduğu nadir qurumlardan biridir”.

Ekspert hesab edir ki, eyni mexanizmə malik iki ayrı-ayrı qurumun olmasına ehtiyac yoxdur:

“Dövlət Neft Fondu da Mərkəzi Bankın sərəncamına verilməlidir. Hər ikisi də valyuta ehtiyatlarını idarə edir. Belədə, eyni işləri görən iki qurumun olması nəyə lazımdır. Bu dövlət üçün artıq yük və xərcdir. Eyni fikri Dövlət Sosial Müdafiə Fondu ilə icbari tibbi sığorta qurumuna da aid etmək olar”.

Qeyd edək ki, mətbuatın yazdığına görə, Azərbaycanda icbari tibbi sığorta sisteminin idarəetmə modelində dəyişiklik edilə biləcəyi barədə müzakirələr aparılır.

Ona əsasən gələcəkdə icbari tibbi sığorta qurumunun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nəzdinə verilməsi məsələsi gündəmdədir. Bildirilir ki, bu addım sığorta sisteminin daha mərkəzləşdirilmiş şəkildə idarə olunmasına xidmət edə bilər.

Rüfət Sultan, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
www.bakupost.az

1Mənbələr