
İranın şimal-şərqində əməliyyata hazırlaşdığı güman edilən 10 xarici vətəndaş casusluq ittihamı ilə saxlanılıb.
Missya.Az "TR Haber"ə istinadən xəbər verir ki, ABŞ-İsrail birgə hücumları davam edərkən, İran ölkə daxilində casusluq fəaliyyətlərinə qarşı mübarizəsini də davam etdirir.
İran mediasında adları və ölkələri açıqlanmayan 10 nəfərin İranın şimal-şərqində həssas yerlər haqqında məlumat topladığı və əməliyyatlara hazırlaşdığı qeyd olunub.
Xarici vətəndaşların İran İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanıldığı bildirilir.
İlahə Qənbərli
Missiya.Az