AZ

Doğuşlar azalıb, uşaq pulu bərpa ola bilər? AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb. Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1%, qız uşaqlarının xüsusi çəkisi isə 46,9% təşkil edib. Körpələrdən 3170-i əkiz, 117-si isə üçəm doğulub.Qeyd edilib ki, ötən il ölkədə 59 834 ölüm halı qeydə alınıb və 2024-cü il illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.Məsələyə sosioloq Mail Yaqublu Demokrat.az-a açıqlamasında münasibət bildirib ki, son illərdə Azərbaycanda əhali artım tempi azalmağa başlayıb:“Bu isə cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələdir. Çünki ölkənin əhalisi onsuz da çox deyil və doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə demoqrafik baxımdan arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu vəziyyətin qarşısını almaq üçün müəyyən addımların atılması vacibdir. Məsələn, uşaq pulunun verilməsi belə təşviqedici mexanizmlərdən biri ola bilər və ailələrin daha çox uşaq sahibi olmasına müəyyən dərəcədə stimul yarada bilər. Bununla yanaşı, dövlət tərəfindən üçüncü və dördüncü uşaqların dünyaya gəlməsini təşviq edən əlavə dəstək mexanizmləri də tətbiq oluna bilər. Məsələn, üçüncü və dördüncü uşaqlar üçün uşaq pulundan əlavə, onların 18 yaşına qədər dövlət tərəfindən müəyyən sosial dəstəyin göstərilməsi kimi təşvi proqramları nəzərdən keçirilə bilər. Bu cür addımlar ailələr üçün əlavə motivasiya yarada bilər. Hər halda, artıq bu demoqrafik problemin mövcudluğu hiss olunur və onun aradan qaldırılması üçün dövlət səviyyəsində məqsədyönlü tədbirlərin görülməsi vacibdir”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr