AZ

İctimai Şura sədrinin  yubileyi qeyd edilmişdir

Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov yubiley yaşını qeyd edir.70 il əvvəl mart ayının 20-də dünyaya gələn Rüstəm müəllim   bölgə mətbuatının  veteran jurnalistlərindəndir. Bununla bərabər o, 15 ildən çoxdur ki, vətəndaş cəmiyyəti üzvü kimi  aktiv  fəaliyyət göstərir. 5 ildir ki, Salyan Rayon İcra Hakimiyyəti yanında . fəaliyyət göstərən İctimai Şuranın sədridir.

QHT.az bildirir ki, rüstəm müəllimin 70 illik yubileyi Azərbaycanın Mətbuat Şurası, QHT.az platforması, YAP Salyan Rayon Təşkilatı, Salyan Ziyalılar birliyi  və digər  qurumlar tərəfindən qeyd edilmişdir. Novruzun axır çərşənbəsi  günü Salyan Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov yubileyi münasibəti ilə Rüstəm Məlikovu və şura üzvlərini qəbul etmişdir.

Səmimi keçən görüşdə ölkəmizin ictimai həyatında mətbuatın rolu və əhəmiyyəti qeyd olunmuş və bu sahədə məsuliyyətlə  çalışanların əməyinin faydalarınin böyük olduğu vurğulanmışdır. RİH başçısı R.Xəlilov ömrünün 70- ci baharını yaşayan Rüstəm Məlikovun istər rayonun müstəqil ictimai-siyasi qəzetinin redaktoru kimi, istərsə də ictimai şuradakı fəaliyyətini yüksək qiymətləndirmiş və ona sağlam ömür, can sağlığı arzu etmişdir. Şura üzvləri də yubilyara xoş arzularını bildirmişlər.

İctimai Şura sədrinə uzunmüddətli səmərəli əmək fəaliyyətinə, rayonun ictimai-siyasi həyatındakı fəal iştirakına  görə və anadan olmasının 70 illik yubileyi münasibəti ilə Salyan rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilmişdir.

Seçilən
6
qht.az

1Mənbələr