AZ

Layiqli davamçı FOTOLAR

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “İlham Əliyev - Heydər Əliyevin yolunun layiqli davamçısıdır” adlı tədbir keçirilib.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirin əvvəlində Ulu Öndər, müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatının sədri Bəxtiyar Nuriyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, Təhsil Mərkəzinin müəllimləri Turan Məhərrəmbəyli, Ruqəyya Nəsirli və Təranə Əliyeva bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin edir, ölkəmizdə dövlətimizin güclənməsi, eyni zamanda xalqımızın rifahının yüksəlməsi istiqamətində mühüm nailiyyətlər qazanılır.

Məlumat üçün qeyd edək ki, tədbirə Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları, partiya fəalları, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti qatılmışdı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
sesqazeti.az

2Mənbələr