Bizim media saytına istinadən ain.az xəbər verir.
“Sertifikasiya haqqında qanun qəbul edildikdən sonra müvafiq qaydalar da hazırlanacaq və həmin qaydalarda əmək haqlarının artırılma faizi də öz əksini tapacaq”.Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova parlamentin bugünkü iclasında müzakirə edilən Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, sertifikasiya ilə bağlı bəzi istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar mövcuddur:“Bu proses dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır”.Günay Şahmar, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.