“Mançester Siti” yay transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.
Msport.az xəbər verir ki, “şəhərlilər” “Tottenhem”in müdafiəçisi Pedro Porronu hədəfə alıb.
London təmsilçisi ispan futbolçu üçün 93 milyon avro tələb etsə də, Mançester klubu bu rəqəmi aşağı salmağa çalışır. “Tottenhem”in maliyyə vəziyyətinin pisləşməsi və Premyer Liqadan düşmə riski ulduz futbolçunun qiymətinə təsir edə bilər. Pep Qvardiola 2026-cı ilin yayında sağ cinah müdafiəsini məhz 26 yaşlı Porro ilə möhkəmləndirməyi prioritet seçib.
Qeyd edək ki, Pedro Porro 2019-2022-ci illərdə “Mançester Siti”nin sistemində olsa da, əsas komandada bir oyun belə keçirməyib. Cari mövsümdə o, 38 matçda bir qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.