AZ

Dövlət orqanlarında 158 vakant yer üzrə daxili müsahibə elan edilir

Dövlət
Martın 17-də 48 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan 158 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) 1news.az-a bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin üçüncü təsnifatına, 9-u inzibati vəzifələrin dördüncü təsnifatına, 48-i beşinci təsnifatına, 27-si altıncı təsnifatına və 73-ü yeddinci təsnifatına aiddir. Daxili müsahibəyə ən çox vakant vəzifə Maliyyə Nazirliyi (13 vəzifə) tərəfindən təqdim olunub.
Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 8-i Naxçıvan Muxtar Respublikasının 5 dövlət orqanı, 66-sı isə 27 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir. Daxili müsahibədə aşağıda qeyd olunan kateqoriyaya aid şəxslər iştirak hüququna malikdir: - Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları; - Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları; - Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər martın 31-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Seçilən
29
12
1news.az

10Mənbələr