Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndəheyəti Çad Respublikasında rəsmi səfərdə olub. Heyətin tərkibindədövlət şirkətləri və texnopark rezidentlərinin rəhbər nümayəndələridə yer alıb. Səfər Çad Respublikasının telekommunikasiya, rəqəmsaliqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənabMişel Bukarın dəvəti ilə baş tutub.
Səfər çərçivəsində Çad Respublikasının Baş naziri AllamayeHalina ilə İRİA-nın heyəti arasında rəsmi görüş keçirilib. Görüşdəinnovasiya, təhsil və rəqəmsal inkişaf üzrə əməkdaşlıqistiqamətində əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın rəqəmsalməhsullarının ixrac potensialı, birgə layihə imkanlarınınaraşdırılması və təcrübə mübadiləsi müzakirə edilib.
Çad Respublikasının telekommunikasiya, rəqəmsal iqtisadiyyat vəidarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarla görüşkeçirilib. Görüşdə Çad Respublikasında həyata keçirilən vəplanlaşdırılan rəqəmsal layihələr, rəqəmsallaşma və innovasiyaistiqamətində prioritet fəaliyyət istiqamətləri və stratejihədəflər, Azərbaycan Respublikası ilə Çad Respublikası arasındaimzalanmış memorandumlar çərçivəsində əməkdaşlıq imkanları,innovasiya ekosisteminin inkişafı, rəqəmsal infrastrukturunqurulması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsindətəcrübə mübadiləsi müzakirə edilib.
Səfər çərçivəsində İRİA heyəti, həmçinin Çad Respublikasının birsıra nazirlik və dövlət qurumlarının rəhbər heyəti ilə görüşlərkeçirib. Görüşlər zamanı rəqəmsal hökumət infrastrukturununinkişafı, kibertəhlükəsizlik və innovasiya istiqamətlərindəpotensial əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb. İRİAheyətinin tərkibində yer alan Azərbaycanın texnopark rezidentləridə bu görüşlərdə iştirak edərək rəqəmsal məhsulların potensialixrac imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycanın rəqəmsal məhsulvə həllərinin Çad Respublikasında tanıdılması və ixracına dəstəkgöstərilməsi, irimiqyaslı layihələrin reallaşdırılma imkanlarınınmüzakirəsi, həmçinin iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlıqəlaqələrinin qurulmasıdır.