2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.
“7Times.az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Xatırladaq ki, 2024-cü ildə tədiyyə balansında 0,4 milyard dolları ABŞ dolları kəsir olub.
“Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman BOP6 (Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır”, – deyə AMB rəsmisi əlavə edib.