Çox uşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalmaqdadır. Çox uşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7.3 faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında isə 17.6 faiz artım olub.
Möhtərəm Prezidentin təşəbbüsü və xanım sədrin sədrliyi ilə qanunvericiyə edilən son- təşviqedici dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların sayı isə 40 faiz artıb. İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan daha çox uşaqların övladlığa götürülməsi imkan yaratmışdır. 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı almışdır ki, bu vəsaitlər ödənilən zaman ailədəki uşaqların sayı da nəzərə alınır.
Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31