"Ulu Öndər Heydər Əliyevdən sonra Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirdi. Prezident İlham Əliyevin siyasətində milli-mənəvi dəyərlərin qorunması prioritet istiqamətlərdən birini təşkil etdi. Bu baxımdan Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində çıxışında Prezident İlham Əliyevin söylədiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Əslində bu gün dünyada gedən müharibələr beyinlərin və düşüncələrin müharibəsidir. Qarabağda əldə etdiyimiz zəfəri həzm etməyənlər bizi indi mənəvi baxımdan çökdürməyə çalışırlar.
Bu gün heç zaman olmadığı qədər milli-mənəvi dəyərlərimiz, ailə institutumuz ciddi təhdidlərlə üz-üzədir. Burada sosial medianın da rolu böyükdür və məsələnin ən çətin tərəfi də sosial medianın ənənəvi medianı üstələməsi və proseslərin tənzimlənməsinin çətinləşməsidir".
Deputat bildirib ki, bu baxımdan son vaxtlar qanunvericilikdə milli-mənəvi dəyərlərə yönəlmiş təhdidlərin qarşısının alınması üçün dəyişikliklər edilməsi çox təqdirəlayiqdir: "Ancaq boşanmaların sayının sürətlə artması, əhalinin sayında azalmanın baş verməsi, mənəvi tənəzzül bizdən daha çevik qərarların qəbul edilməsini və addımların atılmasını zəruri edir. Bu mənada düşünürəm qeyd olunan proseslər, bütün sahələrdə baş verən sürəti dəyişikliklər preventiv tədbirlərin daha da sürətləndirməsini zəruri edir. Əks halda getdikcə mənfi tendensiyaların qarşısını almaq daha çətin olacaq".