Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Xocavəndin kəndlərində fərdi evlərin layihələndirilməsi ilə bağlı iki iri satınalma müqaviləsinə yekun vurub.
Banker.az xəbər verir ki, ilk müqavilə çərçivəsində “ERA-DESIGN Group” MMC 1 milyon 538 min manat qarşılığında Hadrut, Sos və Köhnə Tağlar daxil olmaqla 11 kənddə cəmi 639 fərdi evin layihələndirilməsini həyata keçirəcək.
Digər satınalma üzrə isə “Himmen Construction” MMC ilə 1 milyon 533 min manat dəyərində müqavilə imzalanıb. Bu layihə Tuğ, Böyük Tağlar və Zərdanaşen daxil olmaqla 5 kənd ərazisində 637 evin layihə sənədlərinin hazırlanmasını nəzərdə tutur.
Ümumilikdə, Xocavənd rayonunun 16 yaşayış məntəqəsində 1276 fərdi evin inşası üçün 3 milyon manatdan çox vəsait ayrılıb.