2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 4,6 %-i qədər profisit formalaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə əsasən, bu, 2024-cü illə müqayisədə təxminən 25 % azdır.
"Bu məbləğdə profisitin olması makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil sayılmalıdır", - deyə AMB rəsmisi qeyd edib. (Report)