Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İrana qarşı hərbi əməliyyat uzandıqca, Fars körfəzindəki varlı ərəb ölkələrinə dəyən maddi ziyan da artır. Məntiqlə, bu ölkələr münaqişənin tezliklə bitməsində maraqlı olmalıdırlar. Lakin məlum olur ki, əksinə, onların bəziləri ABŞ-ni “başladığı işi sona çatdırmağa” çağırırlar...
“AzPolitika” xəbər verir ki, “Reuters”-in öz diplomatik mənbələrinə istinadla yayımladığı xəbərə görə, əvvəlcə körfəzdəki ərəb dövlətləri ABŞ-dən İranla müharibəyə girməyi xahiş etməsələr də, artıq münaqişə başlayandan sonra onların bir çoxu Vaşinqtonu irəli getməyə və İranın regional siyasəti diktə etməsinə icazə verməməyə çağırır.
Məlumatda deyilir ki, regional liderlərin mövqeyindəki dəyişiklik İranın ABŞ-İsrail hücumlarına verdiyi cavabla bağlıdır. Körfəz ölkələri indi İrana xeyli miqdarda silah və ya hərbi-sənaye obyektlərini saxlamağa icazə veriləcəyi təqdirdə, Tehranın regionun enerji ehtiyatlarını daim təhdid edə biləcəyindən qorxurlar. Necə ki, hazırda İran Hörmüz boğazını bağlayarkən və qonşu ölkələrdəki hədəflərə zərbə endirərkən bu baş verməkdədir.
“Reuters” mənbələrinin sözlərinə görə, buna görə də Körfəz ölkələri indi Vaşinqtonun İranın hərbi potensialını hərtərəfli zəiflətməli olduğuna inanırlar.
Öz növbəsində, ABŞ Körfəz ölkələrinə İrana qarşı müharibəyə qoşulmaq üçün təzyiq göstərir. Bu barədə “Reuters” agentliyinə eyni mənbələr, eləcə də Qərb və Ərəb diplomatları məlumat veriblər. Bu isə o deməkdir ki, münaqişə uzandıqca, regiondakı ərəb ölkələrinin də savaşa qatılması ehtimalı artır.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.