"Çelsi"nin kapitanı Ris Ceyms Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçiriləcək cavab oyununu buraxmalı olacaq.
Offsideplus.az xəbər verir ki, London klubunun baş məşqçisi Liam Rozenyor ötən gün verdiyi açıqlamada sağ cinah müdafiəçisinin bud nahiyəsindən zədə aldığını və problemin ciddi ola biləcəyini vurğulayıb.
Ötən həftə klubu ilə 2032-ci ilə qədər olan yeni 6 illik müqavilə imzalayan 26 yaşlı futbolçu, Premyer Liqanın son turunda "Nyukasl"a qarşı keçirilən matçda (0:1) zədələnib.
İngiltərə millisinin üzvü "Stemford Bric"dəki qarşılaşmadan əvvəl komandanın son məşqində iştirak etməyib.
Qeyd edək ki, "Çelsi" - PSJ matçı bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda Paris təmsilçisi 5:2 hesablı qələbə qazanıb.