AZ

Deputat: “Dərinləşən islahatlar Azərbaycanın iqtisadi potensialının daha sıx şəkildə istifadə olunmasına gətirib çıxara bilər”

İqtisadiyyat naziri Mikayıl Cabbarovun  “Vergi sisteminin gələcəyinə baxış: yeni idarəetmə modeli və məlumatlara əsaslanan həllər” forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər müzakirə yaradıb. Belə ki, nazir forumda çıxışı zamanı “Azərbaycanın iqtisadi artım tempinin hazırkı səviyyəsi ölkənin potensialına uyğun deyil və bizi qane edə bilməz” deyib və bu fikirlər ictimaiyyətdə narahatlıq yaradıb.

 

Ölkə iqtisadiyyatını 2026-cı ildə nə gözlədiyi barədə Pravda.az-ın suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, 2025-ci ildə ümumdaxili məhsulun (ÜDM) 1,5% artması qeyri-neft, qaz sektorunda ÜDM-nin 1,6% azalması ilə bağlı idi: “Qeyri-neft sektorunda artımı müşahidə etdik, buna baxmayaraq neft və qaz sektorunda azalma bütövlükdə ÜDM-ə təsir göstərdi, lakin proqnozlaşdırılandan daha az artım qeydə alındı. 2026-cı il üçün ÜDM-nin, təxminən, 3% artacağı proqnozlaşdırılır. “Moody’s Ratings” və “Fitch Ratings” beynəlxalq reytinq agentlikləri son proqnozlarında Azərbaycan iqtisadiyyatının 3%-ə yaxın artacağını qeyd ediblər. Təbii ki, ölkə iqtisadiyyatı məhz artım faizini yüksəltmək potensialına malikdir. Nəzərə almaq lazımdır ki, artım faizinə neft və qaz sektorundakı hasilat, eyni zamanda qiymətlər təsir göstərir. 2025-ci ildə neft və qazın qiyməti nisbətən yüksək olmadı, xüsusilə, neft hasilatında azalmalar qeydə alındı. Bu da ümumi iqtisadi artıma təsir göstərdi... 2026-cı ildə neft və qaz sektorunun ÜDM-dəki artıma təsirləri qalsa belə, qeyri-neft sektoru hesabına daha yüksək artımın əldə edilməsi hədəflənir. Bu istiqamətdə də islahatların dərinləşməsini müşahidə edirik. Gözlənilir ki, dərinləşən islahatlar, xüsusən, gizli iqtisadiyyatın ağarması növbəti dövrlərdə Azərbaycanın iqtisadi potensialının daha sıx şəkildə istifadə olunmasına və artım faizlərinin yüksəlməsinə gətirib çıxara bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 17 Mart 2026, 10:36   
Seçilən
1
pravda.az

1Mənbələr