ain.az bildirir, Sia Az saytına əsaslanaraq.
Bərdədəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən filialın ümumi benefisiar sayı 106 nəfərə çatıb.
SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ "DOST Evi" filialına növbəti qəbul prosesi keçirilib. Bərdə rayonu və Tərtər şəhəri üzrə müraciət edən həssas əhali qruplarına aid 43 vətəndaşın bacarıqları Qiymətləndirmə Komissiyası tərəfindən nəzərdən keçirilib.
Yaradıcılıq potensialı müsbət qiymətləndirilən 40 nəfər müəssisədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib. Bununla filialda ümumi benefisiar sayı 106 nəfərə çatıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.