AZ

Ramazanda niyə susuzluq və yorğunluq hiss edirik? – Səhiyyə eksperti

Bakı. Trend:

Ramazanda düzgün və sağlam qidalanma çox böyük əhəmiyyətdaşıyır, çünki bu ayda orqanizm uzun müddət ac və susuz qalmağauyğunlaşmalı olur və bu prosesin sağlam keçməsi birbaşa qəbuledilən qidaların keyfiyyətindən asılıdır.

Trend xəbər verir ki, bufikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində SəhiyyəNazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevaçıqlayıb.

Onun sözlərinə görə gün ərzində enerji mənbəyi almayan bədəniftar və sahur zamanı qəbul etdiyi qidalarla həm itirdiyi enerjinibərpa edir, həm də maddələr mübadiləsinin normal işləməsini təminedir: “Düzgün qidalanma halsızlıq, baş ağrısı, diqqət dağınıqlığıkimi halların qarşısını almağa kömək edir və insanın gün boyu özünüdaha yaxşı hiss etməsini təmin edir. Əksinə, ağır, yağlı vənizamsız qidalanma mədə-bağırsaq problemlərinə, həddindən artıqsusuzluğa və yorğunluğun artmasına səbəb ola bilər”.

Mütəxəssis-ekspert bildirib ki, sağlam qidalanma həmçinin qanşəkərinin tarazlıqda qalmasına kömək edir ki, bu da xüsusilə uzunoruc saatlarında çox önəmlidir: “Liflə zəngin, vitamin vəminerallar baxımından faydalı qidalar həzmi asanlaşdırır, toxluqhissini daha uzun müddət saxlayır və orucun daha rahat tutulmasınaşərait yaradır. Bununla yanaşı, kifayət qədər və düzgün qidalanmaimmun sistemini gücləndirir, orqanizmin xəstəliklərə qarşımüqavimətini artırır və ümumi sağlamlığın qorunmasına dəstək olur.Ramazan ayında düzgün qidalanma eyni zamanda iftar və sahur zamanıhəddindən artıq yeməyin qarşısını alır, bədənin yüklənməsiniazaldır. Bu müqəddəs ayı həm mənəvi, həm də fiziki baxımdan dahasağlam və balanslı şəkildə keçirməyə imkan yaradır”.

Məqalədə:
Seçilən
23
3
az.trend.az

4Mənbələr