Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff bu gün bir qrup ABŞ senatoruna İrana qarşı hərbi əməliyyatın gedişatı barədə məlumat verəcək.
Musavat.com Axios-a istinadən xəbər verir ki, Uitkoff hər iki partiyadan olan kiçik bir qrup senator üçün İrandakı müharibə ilə bağlı qapalı brifinq keçirməyi planlaşdırır.
Nəşr qeyd edir ki, Amerika qanunvericiləri ABŞ-ın İranla bağlı planları, o cümlədən "diplomatik həll perspektivləri və Hörmüz boğazının açılması variantları" haqqında məlumat əldə etmək istəyirlər.
Onlar həmçinin Amerika və İran rəsmiləri arasında potensial təmaslar barədə məlumat əldə etməyə ümid edirlər.
Musavat.com