AZ

15 yaşlı yeniyetmə atasını və qardaşını qətlə yetirib

Türkiyənin Sivas şəhərində 15 yaşlı uşaq atasını və qardaşını odlu silahla öldürüb, nənəsini isə ağır yaralayıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, silah səsləri eşidən qonşular "112 Təcili Çağırış Mərkəzi"nə məlumat veriblər.

Evə daxil olan qruplar, 50 yaşlı ata S.Y. və 24 yaşlı oğlu M.Y.-nın həyatını itirdiyini müəyyən ediblər.

Hadisə zamanı ağır yaralanan 70 yaşlı nənə N.Y. tibbi yardım qrupları tərəfindən xəstəxanaya çatdırılıb.

Şübhəli şəxs, 15 yaşlı U.B.Y. polis əməkdaşları tərəfindən saxlanılıb.
​​​​​
Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Seçilən
42
azedu.az

1Mənbələr