AZ

İranın ali liderinin necə sağ qaldığının təfərrüatları məlum olub

Bakı.Trend:

İranın Ali lideri Müctəba Xameneinin ölümdən necə qurtulduğununtəfərrüatları məlum olub.

Trend xəbər verirki, bu barədə “The Telegraph” yazır.

Nəşr yazır ki, İranın yeni ali lideri Müctəba Xamenei İsrailinraket hücumu zamanı sağ qalıb. Həmin hücum nəticəsində onun atasıƏli Xamenei həlak olub.

Məlumata görə, zərbədən bir neçə dəqiqə əvvəl Müctəba evdənçıxıb.

Nəşrin yazdığına görə, bu məlumat dövlət başçısının aparatınınprotokol xidmətinin rəhbəri Məzahir Hüseyninin yüksək vəzifəliruhanilərə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)komandirlərinə müraciətinin sızdırılmış audioyazısından məlumolur.

Muctəba həyat yoldaşı və oğlu ilə birlikdə atasının olduğu eynikompleksdə idi. Hüseyninin sözlərinə görə, fevralın 28-i səhərsaatlarında, zərbədən az əvvəl o, həyətə çıxıb və partlayış başverən zaman içəridə olmayıb. “O, həyətə nəsə etmək üçün çıxmışdı..., küçədə idi və yuxarı qalxmağa doğru gedirdi ki, həmin andabinaya raket düşdü”, – protokol xidmətinin rəhbəri bildirib.

Hüseyninin iddiasına görə, partlayış nəticəsində Müctəba“ayağından yüngül xəsarət” alıb. Hücum koordinasiyalı olub:zərbələr eyni vaxtda ofis kompleksinin bir neçə obyektinə endirilibvə ehtimal ki, Xamenei ailəsinin tam məhv edilməsinə yönəlib.

Seçilən
51
1
az.trend.az

2Mənbələr