AZ

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi və Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə "Green Plant" MMC-nin (Astaraçay) sifarişi əsasında növbəti əmək yarmarkası keçirilib. 

Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən yarmarkada işəgötürən tərəfindən 20 vakansiya elanı verilib. 30-a yaxın işsiz və işaxtaran vətəndaş yarmarkaya müraciət edib. Onlarla ilkin görüş keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunub. 

Seyran CAVADOV,

"Azərbaycan"

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr