AZ

Azərbaycanın qonşusunda uşaqpulu müzakirə olunur: 930 manatlıq təklif

Rusiyada ailələrə verilən birdəfəlik doğum müavinətinin ciddi şəkildə artırılması gündəmdədir. Dövlət Dumasının deputatı Serqey Mironov uşaq doğularkən verilən federal müavinətin 50 min rubla (təxminən 930 manat) qaldırılmasını təklif edib.

Publika.az xəbər verir ki, millət vəkili bununla bağlı "Uşaqlı vətəndaşlara dövlət müavinətləri haqqında" qanuna müvafiq düzəliş hazırlayıb.

Hazırda federal müavinətin məbləği 28,4 min rubl təşkil edir. Mironovun sözlərinə görə, bu artım bölgələr arasındakı bərabərsizliyi aradan qaldırmaq və gənc ailələrə real dəstək olmaq üçün zəruridir. O qeyd edib ki, bəzi zəngin regionlar (məsələn, Primorsk diyarı) əlavə ödənişlər etsə də, əksər bölgələrdə valideynlər yalnız minimal federal vəsaitlə kifayətlənməli olurlar.

"Uşağın həyatının ilk aylarında xərclər həddindən artıq çoxdur. Arabadan tutmuş geyim və uşaq bezlərinədək hər şeyi dərhal almaq lazımdır. Çox ailənin buna imkanı çatmır," - deyə deputat təklifini əsaslandırıb.

Düzəliş qəbul edilərsə, Rusiyanın bütün regionlarında uşaq doğularkən ailələrə vahid və daha yüksək məbləğdə ödəniş ediləcək.

Seçilən
28
publika.az

1Mənbələr