AZ

ABŞ senatoru: İran neftinə də çıxış əldə etsək, dünyanın kralı olacağıq

BAKI, 17 mart. TELEQRAF

“ABŞ-nin İrana qarşı hava hücumları planlaşdırıldığından daha sürətli gedir, neft və benzin qiymətlərinin artmasına baxmayaraq, əməliyyatlar həftələrlə davam edəcək”.

Teleqraf xəbər verir ki, bu sözləri amerikalı senator Lindsi Qrem deyib.

Siyasətçi ABŞ-nin İrana hücumunun məqsədini “bu ölkənin nüvə silahına yiyələnməsinin qarşısını almaq və Amerikanın təhlükəsizliyini təmin etmək” kimi izah edib: “Əgər düşünürsünüzsə ki, onları özbaşına buraxmaq təhlükəsizliyimizi təmin edəcək, ciddi şəkildə yanılırsınız. Onlar hər gün bura necə gəlib bizə zərər verəcəklərini düşünürlər”.

Qrem bildirib ki, İran Silahlı Qüvvələri gözləniləndən daha sürətlə öz imkanlarını itirir. O vurğulayıb ki, ABŞ Quru Qoşunları göndərməkdən çəkinəcək və bunun əvəzinə hava hücumlarını davam etdirəcək.

“İran rejimi diz çöküb və biz dayanmayacağıq”, - siyasətçi əlavə edib.

Qrem həmçinin ABŞ-də benzin qiymətlərinin artmasına toxunaraq qeyd edib ki, bu mübarizə bu xərclərə dəyər. O vurğulayıb ki, ABŞ gələcəkdə İran və Venesuela neftinə çıxış əldə edəcək və bu, Çinin bölgədəki təsirini zəiflədəcək:

“Biz artıq enerji baxımından müstəqilik. Əgər İranın neft istehsalında da ABŞ-nin xeyrinə rol oynaya bilsək, dünyanın enerji kralı olacağıq”.

Lindsi Qrem onu da qeyd edib ki, İran rejiminin ən böyük səhvi ABŞ Prezidenti Donald Trampa qarşı lovğalanması olub.

Seçilən
20
teleqraf.com

1Mənbələr