AZ

Sağlam düşüncəyə çağırış- Tural İrfan yazır

Roma Papası XIV Leo İran və İsrail arasında yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib və bütün tərəfləri məsuliyyətə və sağlam düşüncəyə çağırıb.
Pontifik vurğulayıb ki, hazırda siyasətçilərin qarşısında nüvə təhlükəsi olmayan dünyanı təmin etmək vəzifəsi durur. Onun sözlərinə görə, buna dünyada ədalət, qardaşlıq və rifahın birgə mövcud ola bilməsi üçün qarşılıqlı hörmətə əsaslanan ünsiyyət vasitəsilə nail olmaq lazımdır.
Roma taxtının başçısı əlavə edib ki, heç bir dövlət digərinin mövcudluğuna təhdid etməməlidir, hamı sülh quruculuğu, təhlükəsizlik və ləyaqət təminatları üzərində işləməlidir.
XIV Leo Yaxın Şərq xalqlarının iki həftədir müharibənin dəhşətli zorakılığından əziyyət çəkdiyini, minlərlə günahsız insanın həlak olduğunu, çoxlu sayda insanın evlərini tərk etməyə məcbur qaldığını bildirib.
Roma Papası Livandakı vəziyyətin də ciddi narahatlıq doğurduğunu vurğulayıb: “Atəşi dayandırın! Qoy dialoq yenidən başlasın! “Zorakılıq heç vaxt insanların gözlədiyi ədalətə, sabitliyə və sülhə gətirib çıxarmayacaq”.
Tural İrfan, politoloq
Seçilən
31
news365.az

1Mənbələr