ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
"Almaniya Yaxın Şərqdəki hərbi münaqişəyə müdaxilə etməyəcək və Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsində hərbi cəhətdən iştirak etmək niyyətində deyil"
"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts sosial mediada yazıb.
Merts qeyd edib ki, "Hörmüz boğazında hərbi yolla sərbəst naviqasiyanın təmin edilməsində iştirak etməyəcəyik. Yaxın Şərqdə müharibə NATO-nun səlahiyyətlərinə daxil deyil. Buna görə də Almaniya hərbi müdaxilə etməyəcək".
Bundan əvvəl Merts həmçinin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının NATO ilə heç bir əlaqəsi olmadığını bildirmişdi.Həmçinin, Almaniya naziri Boris Pistorius Hörmüz boğazının açılması əməliyyatına donanma göndərmək üçün ABŞ-nin tələbini rədd etmişdi.
Gülayə Mecid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.