AZ

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

Sumqayıt Dövlət Universitetinin kollektivi və bir qrup tələbəsi universitetin Mühəndislik fakültəsinin məzunu, şəhid Elnur Səmədovun ailəsini ziyarət edib, məzarı önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

Çıxış edən SDU-nun prorektoru, dosent Elmar Xəlilov Elnur Səmədovun vətən torpaqlarının müdafiəsi uğrunda göstərdiyi igidlikdən qürur duyduqlarını bildirib. Qeyd edib ki, o, şərəfli həyat yolu, vətənpərvərliyi və qəhrəmanlığı ilə gənc nəsillər üçün örnəkdir.  Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar vətən uğrunda şəhidlik zirvəsinə ucalan Elnur Səmədovla qürur duyduqlarını bildiriblər. 

Qeyd edək ki, 2-ci əfsanəvi taborun qrup komandiri, baş kəşfiyyatçı leytenant Elnur Səmədov 2014-cü ilin avqust və 2016-cı ilin Aprel döyüşlərində, eləcə də  İkinci Qarabağ müharibəsində xüsusi şücaət göstərib. 

O, 2022-ci il sentyabrın 13-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Şəhid Elnur Səmədov Prezident İlham Əliyevin sərəncamları ilə  "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
43
azerbaijan-news.az

1Mənbələr