AZ

Mançester Siti London klubunun müdafiəçisini dəyərindən daha ucuz alacaq

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mançester Siti" "Tottenhem"in müdafiəçisi Pedro Porronu London klubunun istədiyi 93 milyon avrodan xeyli aşağı qiymətə almağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin sözlərinə görə, buna səbəb London klubunun maliyyə vəziyyətinin pisləşməsi və İngiltərə Premyer Liqasından düşmə riskinin artmasıdır. İspan müdafiəçi 2026-cı ilin yayında Pep Qvardiolanın komandasının sağ cinahını gücləndirmək üçün prioritet hədəfə çevrilib. Maliyyə çətinliklərinə baxmayaraq ("Siti" ötən mövsüm 338 milyon avro itirib) rəhbərlik oyunçunun transferinə vəsait ayırmağa hazırdır. 

Qeyd edək ki, Porro 2019-cu ildən 2022-ci ilə qədər "şəhərlilər"in düşərgəsində olub, lakin Qvardiolanın komandasında bir dənə də olsun oyun keçirməyib. 26 yaşlı ispaniyalı 2023-cü ilin yayından bəri "Tottenhem"də oynayır. O, bu mövsüm 38 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Müdafiəçinin London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
sport24.az

1Mənbələr