AZ

Laricani ABŞ və İsrailə qarşıİSLAM DÜNYASINDAN KÖMƏK İSTƏDİ

İran danışıqlar zamanı ABŞ-İsrail təcavüzünə məruz qalıb və bu hücum İslam Respublikasının Ali rəhbəri, eləcə də bir sıra mülki şəxslərin və hərbi liderlərin ölümünə səbəb olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu fikir İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin müsəlman ölkələrinə ünvanladığı altı bəndlik müraciətində yer alıb.

 

"Lakin təcavüzkarlar İran xalqının sarsılmaz milli və islami müqaviməti ilə qarşılaşıblar",- deyə o bildirib və əlavə edib ki, nadir hallar istisna olmaqla və yalnız siyasi mövqelər çərçivəsində heç bir İslam ölkəsi İran xalqının yanında yer almayıb: "Buna baxmayaraq, İran xalqı öz güclü iradəsi ilə təcavüzkarları əzməyi bacarıb, hətta düşmən dalana dirənib və çıxış yolu tapmaqda aciz qalıb. İran Amerika və İsraillə qarşıdurmada müqavimət yolu ilə irəliləyir".

 

Laricani ABŞ-ın bazaları olan ölkələri tənqid edib və İsrailin İrana hücumuna dəstək verənləri qınayıb. Müraciətin 5-ci bəndində o, İslam dünyasının gələcəyinin təhdid altında olduğunu qabardıb. "İslam dünyası birləşsə, bütün ölkələrin təhlükəsizlik, tərəqqi və müstəqilliyi təmin edilər",- deyə o vurğulayıb.

Seçilən
20
3
senzor.az

5Mənbələr