AZ

Nüfuzlu tibb jurnalında qalmaqal: 25 il çap olunan məqalələr uydurma imiş

Tibb elmi üçün etibar böhranı yaradan yeni fakt üzə çıxıb.

Musavat.com xəbər verir ki, Kanadanın nüfuzlu Paediatrics & Child Health jurnalı son 25 il ərzində dərc etdiyi 138 klinik materiala düzəliş edərək, həmin halların gerçək pasiyentlərə aid olmadığını, yəni uydurma olduğunu etiraf edib.

Məlumata görə, bu materiallar illərlə həkimlər və alimlər tərəfindən tədris və istinad məqsədilə istifadə olunub. Retraction Watch yazır ki, sözügedən yazılar 200-dən çox başqa elmi işdə sitat gətirilib, bu isə problemin miqyasını daha da böyüdür.

Qalmaqalın böyüməsinə səbəb olan əsas məqamlardan biri New Yorker jurnalında dərc edilən araşdırma olub. Həmin materialda əvvəllər təsvir olunmuş məşhur pediatrik zəhərlənmə hadisəsinin elmi əsaslarının ciddi suallar doğurduğu göstərilib. Söhbət ananın qəbul etdiyi kodein və asetaminofenin guya ana südü vasitəsilə körpədə opioid zəhərlənməsi yaratmasından gedir. Sonrakı təhlillər isə bu izahın elmi baxımdan ciddi şübhələr doğurduğunu ortaya qoyub.

Jurnal redaksiyası artıq həmin yazılara xüsusi qeyd əlavə edib və oxuculara bildirib ki, təsvir olunan “kliniki hallar” real hadisələr kimi qəbul edilməməlidir. Retraction Watch-un məlumatına görə, redaksiya bundan sonra da belə materialların uyğun şəkildə işarələnəcəyini vəd edib.

 

Musavat.com

Seçilən
43
47
musavat.com

10Mənbələr