Əfqanıstanın paytaxtı Kabilə hava hücumları həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid sosial media vasitəsilə açıqlama verib. Məlumata görə, hücumların Pakistan ordusu tərəfindən həyata keçirildiyi irəli sürülüb. Çox sayda insanın öldüyü və yaralıların olduğu bildirilir. Hadisənin təfərrüatları barədə araşdırmalar davam edir.
Qeyd edək ki, Əfqanıstanın Pakistan tərəfinə hücumundan sonra İslamabad cavab verib. /Metbuat.az/