AZ

Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması

Gecə saatlarında Bakı səmasında müşahidə olunan dronlarla bağlı hər hansı narahatlığa ehtiyac yoxdur. İnsanlarımız televiziyada, sosial şəbəkələrdə Rusiya-Ukrayna, yaxud Yaxın Şərq müharibəsində dronları görürlər və buna görə də baş verən vəziyyətlə bağlı təşviş keçiriblər. Prinsip etibarilə, əvvəllər belə hal olmamışdı deyə, başadüşüləndir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Bakı səmasında müşahidə edilən dronlarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin verdiyi məlumat açıq-aşkar göstərir ki, bu hadisə döyüş hazırlığının elementi kimi həyata keçirilib:

“Bunlar HHM və HHQ üçün lazım olan uçuşlar idi. Spontan deyil, planlaşdırılmış uçuşlar olur. Çünki gecə saatlarında mülki təyyarələrin də uçuşu, enişi həyata keçirilir.

Mən hesab edirəm ki, insanlar arasında bölgədə baş verən məlum hadisələrlə bağlı maarifləndirmə işi aparılmadığına görə təşviş yaranıb. Biz müharibəni yaşamış ölkəyik. İnsanlarımız ayıq-sayıq olmalıdır. Müharibə cənubda gedir, dronlar isə tam əks istiqamətdə - şimal istiqamətində uçub. Bakı kəndləri və Bakı ətrafında. Belə təlimlər gecə də olur, gündüz də. Kimin nə vaxt ürəyi istədi yox, müvafiq hökumət və dövlət strukturlarıyla razılaşdırılaraq keçirilir”.

Seçilən
1
5
publika.az

10Mənbələr