“Real” yay transfer dövrü üçün Maykl Oliseni hədəfə alıb.
İdmanxeber.az-ın məlumatına görə, klub prezidenti Florentino Peres “Bavariya”nın fransalı vingeri üçün 160 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, Olise bu mövsüm Münhen klubunda 38 oyunda 15 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.