AZ

4 qapıçı zədələndi, qapı 16 yaşlı uşağa qaldı ƏTRAFLI

ain.az bildirir, Fanat portalına istinadən.

Almaniya nəhəngi "Bayern Münhen" Çempionlar Liqasının cavab qarşılaşması öncəsi analoqu olmayan kadr itkisi ilə üz-üzə qalıb.

Fanat.Az xəbər verir ki, komandanın əsas qapıçısı Manuel Noyerlə yanaşı, Sven Ulrayx, Jonas Urbiq və U-19 komandasının üzvü Leon Klanatsın zədələnməsi "rekordmayster"i çıxılmaz vəziyyətə salıb.

Yaranmış qapıçı qıtlığı səbəbindən baş məşqçi Vinsent Kompani radikal addım ataraq, U-19 komandasının ehtiyat qapıçısı Leonard Preskottu əsas heyətə çağırıb. "Atalanta" ilə keçiriləcək taleyüklü matçda Münhen klubunun qapısını cəmi 16 yaşı olan Preskottun qoruyacağı gözlənilir. İlk oyunda səfərdə 6:1 hesablı darmadağınla qalib gələn Almaniya təmsilçisi üçün bu üstünlük gənc əlcək sahibinin debüt həyəcanını azaltmağa kömək edə bilər.

Mütəxəssislər hesab edir ki, Leonard Preskott bu şansdan maksimum yararlanarsa, komandanın qapıçı iyerarxiyasında sürətlə yüksəlmək fürsəti qazanacaq.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
fanat.az

1Mənbələr