AZ

"Real" "Bavariya"nın futbolçusu Maykl Oliseni transfer etmək istəyir

İspaniyanın "Real" klubu qarşıdakı "transfer pəncərəsi"ndə heyətini gücləndirməyi planlaşdırır.

"Far.Az" "Bild" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu"nun maraq dairəsinə Almaniyanın "Bavariya" komandasının vingeri Maykl Olise düşüb.

Məlumata görə, "Real"ın prezidenti Florentino Peres fransalı futbolçunun oyununu yüksək qiymətləndirir və onun transferi üçün 160 milyon avro təklif etməyə hazırdır.

Bununla belə, Münxen təmsilçisi Oliseni satmaq barədə düşünmür. Fransalı futbolçu hazırda "Bavariya"da ikinci mövsümünü keçirir. Bu müddət ərzində o, 93 oyunda iştirak edib, 35 qol vurub və 50 məhsuldar ötürmə edib.

Seçilən
31
4
far.az

5Mənbələr