AZ

Aİ ölkələri Hörmüz boğazına dəniz missiyası göndərməyəcəklər

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqına (Aİ) üzv ölkələr özlərinin "Aspides" hərbi-dəniz missiyasının mandatını genişləndirməyi və Hörmüz boğazından keçən gəmiçiliyi dəstəkləmək üçün ora gəmilər göndərməyi zəruri hesab etməyiblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iclasda Aİ-nin xarici işlər nazirləri Fars körfəzi regionunda, xüsusən İran tərəfindən bloklanmış Hörmüz boğazında gəmiçiliyin daha səmərəli qorunması variantlarını müzakirə ediblər.

Kallas Şuranın iclası başlamazdan əvvəl bildirib ki, "Aspides" hərbi-dəniz əməliyyatının mandatının genişləndirilməsi və Hörmüz boğazından keçən gəmiçiliyi dəstəkləmək üçün onun gəmilərinin göndərilməsi təklif edilmişdi.

"Müzakirələrimiz zamanı bu əməliyyatı gücləndirmək üçün aydın istək səsləndi. Lakin hazırda "Aspides" əməliyyatının mandatını dəyişdirmək istəyi yoxdur. Nazirlərin fikrincə, Hörmüz boğazının diqqət mərkəzində olmasına baxmayaraq, Qırmızı dəniz də kritik dərəcədə vacib olaraq qalır", - Kallas deyib.

O, qeyd edib ki, Aİ nümayəndələrinin əksəriyyəti özlərinin başlamadığı müharibəyə müdaxilə etmək istəmirlər./Report

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
3
bakivaxti.az

4Mənbələr