AZ

Bu işdə tək deyil Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluq edib? VİDEO

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin bir vətəndaşdan 55 min dollar aldığı və bu pulu iş qurmaq məqsədilə istifadə etdiyi müəyyən edilib. Lakin sonradan işin alınmaması və həmin pulun yarısının geri qaytarılmaması iddia olunur.

"Bu işdə tək deyil" - Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluq edib? - VİDEO

Şikayətçi Elşən Mahmudbəyli məsələyə dair bunları bildirib: "Mənim atam və əmim rəhmətlik Ramiz Əzizbəylinin yaxın dostları olublar. Rüfət Ramiz Əzizbəylinin kürəkənidir və bizə Mərkəzi Univermaqda qızıl mağazası açmağı təklif etdi. Biz də bu işə qoşulmağı düşündük.

Lakin təəssüflər olsun ki, Rüfət hər ay vaxtı uzadaraq Türkiyədən gətirilən qızılın hava limanında tutulduğunu bildirdi. Daha sonra isə pulu başqa adamlara faizə verdiyini açıqladı. Pulun geri qaytarılmasından imtina etdi. Mən Yasamal Rayon Polis İdarəsinə müraciət etdim. Rüfət mənə iltizam yazaraq 8 000 dollar verdi, amma Baku TV-yə çıxacağımı bildirdikdən sonra əlavə 5 000 dollar ödədi və Baku TV-yə çıxmamağı tələb etdi. Əgər çıxarsam, qalan pulu verməyəcəyini söylədi. Hazırda Rüfət hələ də 20 min dollar borcunu qaytarmalıdır. Bu işdə təkcə Rüfət Qasımzadə yox, həmçinin Qasımlı Boran və Məmmədzadə Məmməd də yer alıblar".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Yasamal Rayon Polis İdarəsində məsələ ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
oxu.az

1Mənbələr