AZ

BU ZÜLM MÜTLƏQ SONA ÇATMALIDIR... Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir

Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Sionist-imperialist mənşəli müharibə və cinayət maşınının davamlı şəkildə müsəlman qanı tökməsi birtərəfli zülm nümunəsidir..."

Türkiyədə hakim koalisiyanın tərəfdaşı olan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr bütün regionu böyük gərginliklə üz-üzə qoyub.

Baxçalı qeyd edib ki, region ölkələrinin taleyi bir-biri ilə sıx bağlıdır.

MHP lideri çıxışında müsəlman dünyasının hazırkı vəziyyətinə də toxunub. 

Onun sözlərinə görə, İslam aləmi Ramazan ayının son günlərini yaşasa da, regionda davam edən müharibə və toqquşmalar bu müqəddəs dövrün sülh və sakitliyini pozub:  "Sionist-imperialist mənşəli müharibə və cinayət maşınının davamlı şəkildə müsəlman qanı tökməsi, bununla yanaşı İslam coğrafiyasını müharibə və qarşıdurma meydanına çevirməsi vəhşi xarakterli, sarsıdıcı bir qısır dövr olduğu qədər dözülməsi mümkün olmayan birtərəfli zülm nümunəsidir. Gəldiyimiz bu mərhələdə inanc azadlığımıza, insan olmağımızdan qaynaqlanan tarixi haqlarımıza sahib çıxmadığımız və ya çıxa bilmədiyimiz təqdirdə, varlığımızın və həyati maraqlarımızın mərhələ-mərhələ tapdalanacağı çox açıqdır.

Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir. Ankara ilə Bağdad və Şamın, Qüds ilə Qəzzanın taleyi eyni ortaq məxrəc üzərində birləşir. On beş gündür bağlı saxlanılan ilk qibləmiz Əqsa Məscidinın hüznü hamımızın, müsəlmanam deyən hər kəsin ürək ağrısıdır. Bu zülm mütləq sona çatmalıdır.

Arzum budur ki, sionist-imperialist tələlərin qaranlıq dəhlizlərinə düşmədən, qardaşlıq şüurunun möhkəmlənməsi ilə toparlanaq, baxış bucağımızı örtən kabus buludlarını imanımızın etibar və ləyaqəti ilə dağıdaq.

Bu günün Qədr gecəsində – onun qədir-qiymətini layiqincə dərk etməyi ümid etdiyim bu mübarək gecədə – özümüzə dönərək səhvlərin harada edildiyini, boşluqların harada yarandığını, zəifliklərin harada üzə çıxdığını təmiz bir vicdanla müəyyənləşdirib buna uyğun tədbirlər görmək tarixi məsuliyyətdir.

Əziz Türk millətinin, Türk-İslam aləminin, ölkə daxilində və xaricdə yaşayan bütün dəyərli vətəndaşlarımızın mübarək Qədr gecəsini təbrik edir, dualarımızın və ortaq hədəflərimizin eyni niyyət və səmimiyyətlə bir araya gəlməsini diləyirəm. Qədr gecəmiz mübarək olsun. Uca Allahdan Türk millətinin və könül-mədəniyyət coğrafiyalarımızda şərəfli həyat uğrunda mübarizə aparan qardaşlarımızın yar və yardımçısı olmasını diləyirəm".

O, həmçinin Yaxın Şərqdə artan gərginliyin bütün region üçün ciddi təhlükə yaratdığını qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
hurriyyet.az

2Mənbələr