AZ

Türkiyə PA: İsrailin Məscidül Əqsada ibadətə mane olması qəbuledilməzdir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə İsrailin Məscidül-Əqsada ibadətə mane olma cəhdini qəbuledilməz adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu, təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hörmətsizlik və beynəlxalq hüququn pozulmasıdır",- o bildirib və əlavə edib ki, İsrailin Livana qarşı başlatdığı quru əməliyyatı isə bölgədəki gərginliyi artırır və Livanın suverenliyi, ərazi bütövlüyünü hədəf alır:

"Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyə olaraq, müqəddəs məkanlara, Livanın suverenliyi, ərazi bütövlüyü və regional sabitliyin pozulmasına yönəlmiş hər cür hücumun qarşısında dayanmağa davam edəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
bakivaxti.az

4Mənbələr