
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk görüşlərinin oyun cədvəli məlumdur.
Eyni gündə baş tutacaq matçlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
3 aprel (cümə)
“Turan Tovuz” – “Zirə”Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:30
“Qarabağ” – “Sabah”Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunlarının tarixi barədə əlavə məlumat veriləcək.