AZ

Bu noutbuklar 3 ildən tez sıradan çıxır: Ən etibarsız brendlər

Uşaqlar üçün notbuk alarkən nəzərə alınmalı bir çox faktor və xüsusiyyətlər var. Amma büdcədən və seçilmiş əməliyyat sistemindən asılı olmayaraq, əsas meyarlardan biri brendin etibarlılığıdır – çünki məhz bu, cihazın uzun müddət ciddi nasazlıqlar olmadan xidmət edib-etməyəcəyini müəyyənləşdirir.

Hit.az xəbər verir ki, populyar BGR saytı, ABŞ İstehlakçıları Birliyinin araşdırmalarına istinad edərək, ən etibarsız notbuk brendlərini açıqlayıb. Gəlin bu “anti-reytinq”də kimlərin yer aldığını nəzərdən keçirək.

Ən tez sıradan çıxan notbuklar – tanınmış şirkətlər

Əvvəlcə yüksək performanslı və bahalı komponentlərə malik oyun notbuklarını istehsal edən markalara baxaq, sonra isə həm oyun, həm də büdcə modelləri olan brendlərə nəzər salaq.

Alienware

Dell-ə məxsus Alienware yüksək performanslı oyun notbukları istehsal edir. Bu notbuklarda güclü prosessor, yüksək səviyyəli qrafik kart, 64 GB-a qədər RAM və 4 TB-a qədər daxili yaddaş ola bilər.

Bəzi modellər oyun performansı baxımından yüksək qiymətləndirilir, amma etibarlılıq baxımından vəziyyət yaxşı deyil. Consumer Reports (CR) reytinqinə görə, Alienware etibarlılıq göstəricilərinə görə ən aşağı markalardan biridir.

MSI

MSI də əsasən oyun notbukları bazarına yönəlib. Bu cihazlar yüksək performans təmin etsə də, adətən daha az etibarlı hesab olunur. CR-nin məlumatına görə, MSI-nın gözlənilən etibarlıq göstəricisi Dell-dən bir az yüksəkdir. ABŞ-da aparılan sorğular da göstərir ki, istifadəçilər MSI loqosunu görəndə diqqətli olmağı tövsiyə edirlər.

Ən tez sıradan çıxan universial notbuklar – istifadəçilərin narazılığı

Ən ucuz və ya zəif notbuku axtarmağa ehtiyac yoxdur – hətta ən bahalı və müasir model də bir gün qəfildən sıradan çıxa bilər. Aşağıdakı üç brend universial notbukları ilə tanınır, lakin etibarlılıq baxımından zəif nəticələr göstərir.

Dell

Dell dünyada ən böyük istehsalçılardan biridir. Gartner-in məlumatına görə, 2025-ci ilin son rübündə Dell PC satışında üçüncü yerdədir. Amma etibarlılıq göstəriciləri yalnız Alienware ilə məhdudlaşmır – Dell notbukları da CR tərəfindən zəif qiymətləndirilir.

Bəzi modellər, məsələn, XPS seriyası, yaxşı reputasiya qazanıb, amma Inspiron və Latitude seriyalarında bir çox cihaz zəif etibarlıq reytinqinə malikdir.

Acer

Acer müxtəlif qiymət kateqoriyalarında notbuklar təqdim edir. Büdcəyə uyğun modellər də, yüksək performanslı oyun notbukları (Nitro və Predator seriyaları) da mövcuddur.

İstifadəçilərin fikrincə, Acer notbuklarının sıradan çıxma ehtimalı nisbətən yüksəkdir. Xüsusilə Aspire seriyası həm etibarlılıq, həm performans, həm də ekran keyfiyyəti baxımından aşağı qiymətləndirilib.

Asus

Windows notbukları istehsal edən Asus da CR tərəfindən ehtiyatla yanaşılmalı brend kimi göstərilir. Asus həm büdcə, həm orta, həm də yüksək səviyyəli modellər təqdim edir, o cümlədən oyun seriyası Republic of Gamers (ROG).

Asus notbukları həm Intel prosessorları, həm də ARM arxitekturasına malik Snapdragon X çipləri ilə təchiz olunub. Lakin araşdırmaya görə, brendin etibarlıq göstəriciləri yenə də aşağıdır.

Samir

 

Seçilən
27
hit.az

1Mənbələr