AZ

"Qazprom" 2025-ci ildə 11,2 milyard rubl xalis mənfəət əldə edib



Rusiyanın enerji şirkəti Qazprom 2025-ci ildə 11,2 milyard rubl (təxminən 138 milyon dollar) xalis mənfəət əldə etdiyi bildirilir."Qazprom"un dərc etdiyi hesabata görə, şirkətin gəlirləri ötən il 2024-cü illə müqayisədə 7 faiz azalaraq 5,8 trilyon rubla düşüb.

Gəlirlərdəki bu azalmaya baxmayaraq, Rusiya şirkəti ili 11,2 milyard rubl xalis mənfəətlə başa vurub. 2022-ci ildə 1,2 trilyon rubl xalis mənfəət əldə edən Qazprom, sanksiyalar səbəbindən, xüsusən də Avropaya təbii qaz ixracında əhəmiyyətli dərəcədə azalma müşahidə etdi. Şirkət həmçinin 2023-cü ili 629 milyard rubl, 2024-cü ili isə 1 trilyon rubl zərərlə başa vurdu.

Rusiyanın əsas bazarlarından biri olan Avropaya enerji ixracı sanksiyalar səbəbindən əhəmiyyətli dərəcədə azalsa da, ölkə bu itkini Asiya bazarlarına, xüsusən də Çinə ixracı artırmaqla kompensasiya etməyi hədəfləyir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
38
aia.az

1Mənbələr