AZ

Sabah 3 rayonda qaz olmayacaq

Xaçmaz rayonun Qusarçay kəməri adlanan orta təzyiqli qaz xəttindən Nərəcan kəndi istiqamətinə ayrılan qaz xətti üzərinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.

Bu barədə Ölkə.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nərəcan, Ağtala və KrasnıXutor kəndləri olmaqla ümumilikdə 1631 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

Bundan başqa, Şabran rayonun Sincadboyad kəndi istiqamətində istismarada olan orta təzyiqli qaz xəttinə yeni çəkilmiş qaz xəttinin qoşulması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb. Sincadboyad kəndi daxil olmaqla ümumilikdə 226 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

Qurumdan məlumat verilib ki, həmçinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində d 530 mm-lik orta təyziqli qaz xəttində aşkarlanmış qaz sızması ləğv ediləcək.

Bununla əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərində cəmi 4932 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Seçilən
18
15
olke.az

10Mənbələr