Xarq adası sıradan çıxarılıb.
Bunu ABŞ Prezidenti Donald Tramp PBS-nin müxbirinə bildirib.
Tramp qeyd edib ki, Xarq adasındakı boru xətlərini vurmaq istəməyib.
Belə ki, onun sözlərinə görə, vurulacağı təqdirdə, həmin boru xətlərini bərpa etmək uzun illər vaxt aparacaqdı.
Qeyd edək ki, sözügedən ada İranın neft istehsalatı və ixracı baxımından həyati əhəmiyyətə malikdir.
Xatırladaq ki, ABŞ Xarq adasını bombalayıb.