BAKI, 16 mart. TELEQRAF
"Şimali Avropa-Baltik Əməkdaşlıq formatına daxil olan ölkələrin Xarici İşlər Nazirliklərinin Şərqi Avropa departamentlərinin direktorlarından ibarət nümayəndə heyətini qəbul etdim".
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sosial hesabında yazıb.
"İştirak edənlərin xahişi ilə Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları və onların əhəmiyyətini təqdim etdim. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, nümayəndə heyətinin üzvləri regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəklədiklərini vurğuladılar."
"Görüş zamanı biz həmçinin regiondakı vəziyyəti və onun çərçivəsində təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik".