AZ

ABŞ NATO nu İranla döyüşə çağırır

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin edilməsində NATO müttəfiqlərinin birbaşa hərbi iştirakı üçün onlara əhəmiyyətli təzyiq göstərməyə hazırlaşır.

Reyting.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Mett Uitaker “Fox News”-a açıqlamasında bildirib.

Amerikalı diplomatın sözlərinə görə, Vaşinqton Alyans tərəfdaşlarına münaqişə zonasına hərbi gəmilər də daxil olmaqla real döyüş qüvvələri yerləşdirmək üçün təzyiq göstərmək niyyətindədir. Amerika tərəfi təkbaşına hərəkət edə bilsə də, Uitaker müttəfiqlərin iştirakının vacibliyini vurğulayıb.

Mett Uitaker

"Əgər döyüş gəmiləri kimi real qüvvələri döyüşə göndərə biləcək eyni dərəcədə güclü müttəfiqlərimiz olsaydı, bu, bizi daha güclü edərdi... NATO-da hər gün israr edəcəyik", - M. Uitaker vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı bölgədə logistikada ciddi pozuntulara səbəb olub. Hörmüz boğazından keçən gəmiçilik faktiki olaraq dayandırılıb.

Bu gəmiçilik yolu qlobal enerji bazarı üçün həyati əhəmiyyətli bir arteriyadır və Fars körfəzindən gələn bütün neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz daşınmalarının təxminən 20 faizini təmin edir. Boğazdan keçən nəqliyyatın kəskin azalması qlobal enerji təchizatı üçün birbaşa təhlükə yaradır.

“Wall Street Journal” qəzetinin məlumatına görə, Donald Tramp administrasiyası bu həftə Hörmüz boğazından keçən gəmiləri müşayiət etmək üçün koalisiyanın yaradıldığını elan etməyi planlaşdırır.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
reyting.az

1Mənbələr