ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
U-20 yığmamıza baş məşqçi təyin olunan Ruy Jorjenin mətbuat konfransı keçirilib. “Football-plus.az” xəbər verir ki, portuqaliyalı mütəssis media nümayəndələrinin suallarını cavablandırıb.- Hər şeydən öncə sizinlə birlikdə olmaq mənim üçün qürurdu. Ümid edirəm ki, qarşıdakı bir il ərzində çox yaxşı təcrübə keçərik. Bu müddət ərzində bərabər olacağıq.- Fernandu Santuşla əlaqə saxlamısınız? Ondan hansı məlumatlatı almısınız?- Uğur qazanmaq üçün çalışmaq lazımdı. Uğur idman nəticələrindən asılıdı. Bunu nə mən, nə də başqası "qarantiləşdirə" bilər. Bir komandada uğur qazanmaq futbolçuların əzmkarlığından asılıdı. Onlar üzərlərində işləməlidilər. Bunu bacarsaq, uğur da qazana bilərik. Müqavilə imzalamadan öncə Fernandu Santuşla və köməkçiləri ilə danışmışam. Həm ölkə, həm də insanlar haqda gözəl sözlər eşitdim. Bura gəldiyim ilk gündən deyilənlərin doğru olduğunu gördüm.- Bilirsiz ki, Azərbaycan yığması Portuqaliya millisi deyil. Premyer-liqada legioner limiti ilə bağlı təklifiniz ola bilər?- Hazırda bununla bağlı danışıq olmayıb. Çempionatla tanışam. Lakin əsas milli barədə nə isə deyə bilmərəm. Bir şeyi bilirəm ki, futbolçuların inkişafında klubların görəcəyi iş çox önəmlidi. Azərbaycan millisi ilə Portuqaliya yığması arasındakı fərqi anlayıram. Onu deyə bilərəm ki, Portuqaliya U-21 yığması ilə uğur qazananda biz dünya reytinqində 19-cu pillədə idik. Lakin son püşkatmada 3-cü yerə yüksəlmişdik. Bu, futbolçuların inkişafından asılıdı. Bizim burda ən böyük məqsədimiz bunu əldə etməkdi.- Fernandu Santuş insanlarımızdan xoş sözlər deyib. Bəs futbolumuz haqqında nələrdən söz açıb?- O, əsas millidi çalışırdı, mən isə U-20 yığmasında işləyəcəm. Onun yığmasındakı tələblər, futbolçu səviyyəsi fərqlidi. Söhbətimizdə suallarım fərqli istiqamətlərdə idi. Futbol haqda danışmamışıq. Digər məsələlər mənim öz işim olacaq.- İllər öncə U-21 millimiz sizin çalışdırdığınız Portuqaliya yığması qarşılaşıb və 0:2, 1:3 hesabları ilə məğlub olub. İndi buradakı səviyyənin nə yerdə olduğunu, millidə kimlərin oynadığını maraqlanmısınız? Hansı matçları izləmisiniz?- Əlbəttə ki, həmin oyunları xatırlayıram. Bernardo Silvanın debüt oyunu da həmin matçda olmuşdu. Federasiya rəhbərliyi ilə danışığımızda da bunları qeyd etmişik. Sloveniyada keçirilən turnirdə Malta və Polşa yığmaları ilə oyunlarınızı izləmişəm. - Dünya çempionatı üçün sistemdə hansı dəyişikliklərə getməyi düşünürsünüz?- Öncədən bu iki oyunu izləmişdim. Daha sonra Çexiya və Şimali İrlandiya ilə matçlara baxdım. Hələ son qərarımızı verməmişik, təhlillər aparırıq. Ən ali məqsədimiz odu ki, mundialdan qazanc əldə edək. Futbolçularımızın keyfiyyətini qaldırmalı, daha sonra digər məsələlərə keçməliyik.- Komandaya aşılamaq istədiyiniz xüsusi taktika var, yoxsa bu, futbolçuların səviyyəsindən asılı olacaq?- Hazırda taktika və oyun sxemi üzərində iş gedir. Futbolçularla tanış olduqdan sonra biləcəm ki, onlar mənə nəyi verə bilər. Hər birinin xarakteristikasını bilməliyəm ki, tələbimi müəyyənləşdirim.- Portuqaliya xaricində məşqçi kimi çalışmamısız. Digər ölkələrdən təklifləriniz var idi? Azərbaycanla bağlı nə diqqətinizi çəkdi?- Çoxsaylı təkliflərim olub. Portuqaliyada çalışarkən təkliflər almışam. Ürəyimə yatan layihə olmadığı üçün heç birini seçməmişəm. Çalışıram ki, layihəyə başlayarkən müqavilənin sonuna qədər orda xidmət göstərim. Bura gələrkən AFFA prezidenti Rövşən Nəcəflə görüşümüz olub. Danışıq zamanı federasiyanın həvəsli olduğunu gördüm. Bu, diqqətimi çəkdi, qərarımı verərkən səbəblərdən biri oldu.- Sizi çox çətin bir missiya gözləyir. Aşağı yaş qrupları, infrastrukturla bağlı problemlər var. Matçların bir çoxu süni meydanlarda keçirilir. U-19 liqasında bütün meydançalar sünidi. Bunlarla bağlı nə düşünürsünüz?- Hazırda onu bilirik ki, Dünya Çempionatında çıxış edəcəyik. Bu çıxış əziyyətimizin bəhrəsi deyil, ev sahibi olduğumuz üçündü. Digər ölkələr bura haqq qazanaraq gəlirlər. Bizimlə onlar arasında çox ciddi fərq var. Oyunçuların inkişafı ilə bağlı problemləri bilirəm. Məqsədlərimizdən biri də həmin fərqləri minimuma endirməkdi.- Köməkçilərinizlə bağlı nə deyə bilərsiniz?- Bəli, onlar Alexandro Silva və Romeo Almeydadı. 20 ilə yaxındı ki, birlikdə çalışırıq. Bu iki şəxs mənim ən güvəndiyim insanlardılar. Bu layihədə də mənə kömək edəcəklər.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.